Region
Paşinyandan Köçəryanla bağlı mühüm açıqlama: Mütləq həbs olunmalıdır, əks halda...
"1 Mart" işi həll olundu. Digər məsələ isə hüquq-mühafizə orqanları tərəfindən Robert Köçəryanın məsuliyyətə cəlb edilməsidir. Bir sözlə, Köçəryan həbs olunmalıdır.
Publika.az news.am-a istinadən xəbər verir ki, bunu Ermənistanın hakim Vətəndaş Müqaviləsi Partiyasının parlamentə proporsional namizədlər siyahısına rəhbərlik edən baş nazir Nikol Paşinyan seçki kampaniyası zamanı deyib.
Onun sözlərinə görə, bu baş verməyincə, hakimiyyət heç kəsi Ermənistanda ədalətli məhkəmə və hüquq sisteminin olduğuna inandıra bilməyəcək: "Mənə qarşı ən böyük və cavab verməsi çox çətin olan ittiham budur: insanlar Robert Köçəryanın niyə azadlıqda olduğunu soruşurlar".
Paşinyan şəxsən onu narahat edən mövzulardan mümkün qədər uzaq durmağa çalışdığını da bildirib: “İstəyirəm ki, bu məsələlər institusional səviyyədə həll olunsun. Bu, oliqarxik qruplardan başlayaraq, onların necə formalaşdığından, hərbi formaların necə paylandığından başlayaraq ictimai məsələdir”.
Müəllif: Valeh
-
Yaxın Şərq03:13Husilərin hücumları fonunda neft kəskin bahalaşdı
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi

































