Avropa ölkələri Qarabağdan gedən erməniləri qəbul etmir: Deportasiya edirlər
Bizi izləyin

Region

Avropa ölkələri Qarabağdan gedən erməniləri qəbul etmir: Deportasiya edirlər

Avropa ölkələri Qarabağdan gedən erməniləri qəbul etmir: Deportasiya edirlər

Avropa ölkələri Qarabağdan köçüb gedən erməniləri readmissiya müqavilələri çərçivəsində Ermənistana qaytarır və respublikanı insan hüquqları baxımından təhlükəsiz hesab edir.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın "Caritas" təşkilatının miqrasiya proqramları üzrə eksperti Tatevik Bejanyan Tavuş bölgəsində jurnalistlərə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, 2023-cü ilin sentyabr hadisələrindən sonra Avropaya üz tutan ermənilərin sayı xeyli artıb. Lakin ukraynalı qaçqınların sığındığı Aİ ölkələri Ermənistandan gələnləri qəbul etmir və onları deportasiya edirlər.

Geri qayıdanlardan biri, 38 yaşlı Seryoja “Sputnik Armenia”ya bildirib ki, Ermənistan hakimiyyətinin siyasəti ilə razılaşmadığı üçün Almaniyaya gedib, lakin sonradan vətəninə deportasiya edilib.

Ermənistan Gürcüstan və Rusiya da daxil olmaqla 14 ölkə ilə readmissiya müqavilələri imzalayıb. Lakin xaricdəki Ermənistan vətəndaşlarının dəqiq sayı hələ də məlum deyil: ölkənin özünün hərtərəfli statistikası yoxdur. Rusiyadakı əmək miqrantları haqqında məlumatlar Rusiyanın məlumat bazalarından əldə edilir.

Ekspert həmçinin qeyd edib ki, cəmi bir neçə il əvvəl miqrant işçilərin pul köçürmələri Ermənistanın ÜDM-nin 20%-ni təşkil etsə də, miqrasiya nisbətləri azalmağa başlayıb. Miqrasiya axınlarının təxminən 95%-i Rusiyaya doğru yönəlməyə davam edir və bu da ölkəni Rusiya iqtisadiyyatındakı hər hansı bir dəyişikliyə qarşı son dərəcə həssas edir.

Ən yüksək miqrasiya nisbətləri Şirak, Geqarkunik və Lori bölgələrində qeydə alınıb. Ararat və Armavir bölgələrində kənd təsərrüfatının inkişaf etməsi səbəbindən axın daha az nəzərə çarpır. Cermux mineral su zavodu sayəsində Vayots Dzorda, eləcə də Zəngəzur Mis və Molibden Zavodunun işlə təmin etdiyi Sünikdə nisbətən sabit vəziyyət qalmaqdadır. Lakin Gorusda iqtisadi fəaliyyət xeyli azalıb.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm