Region
Paşinyanı “xəyanətkar” adlandırmışdı: Həbs edildi
Ermənistanda bloger Artak Avetisyan barəsində həbs qərarı çıxarılıb.
Publika.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, məhkəmə İstintaq Komitəsinin vəsatətini təmin edərək onun bir ay müddətinə həbs olunmasına qərar verib.
Artak Avetisyan daha əvvəl Baş nazir Nikol Paşinyanı “xəyanətkar” adlandırmışdı. Onun vəkili Ruben Meliqyan bildirib ki, müdafiə tərəfi məhkəmənin həbs qərarı verməyəcəyinə ümid edirmiş, lakin bu gözlənti özünü doğrultmayıb.
Vəkilin sözlərinə görə, bu iş “siyasi təqibin klassik nümunəsidir”. Avetisyana qarşı milli, irqi və ya dini nifrət və düşmənçiliyin yayılmasına dair maddə üzrə ittiham irəli sürülüb. Bloger isə özünü təqsirli bilmir.
Bununla yanaşı, Paşinyan da iş adamı Samvel Karapetyana qarşı məhkəmə iddiası qaldırdığını təsdiqləyib. Karapetyan Baş nazirin çıxışlarından əvvəl halüsinojen maddələr qəbul etməsi ilə bağlı ittihamlar səsləndirmişdi.
Müəllif: Adəm
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı






















.jpg)



.jpg)











