Region
Ermənistanda atışma - Generalın nəvəsi qıza görə adam vurdu
Ermənistanda qalmaqallı cinayət hadisəsi baş verib.
Publika.az yerli mediaya istinadən xəbər verir ki, dünən Armavir bölgəsində silahlı insident olub. "Tert" saytı atışmanın qız üstündə baş verdiyini yazıb: "Saat 10:30 radələrində Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin Armavir Regional Polisi İdarəsinə azyaşlı oğlanın Vaqarşapat Tibb Mərkəzinə gətirilməsi barədə məlumat daxil olub. Onun bədəninin müxtəlif nahiyələrində kəsilmiş və deşilmiş yaralar olub. Həkimlər uşağın əməliyyat otağında olduğunu və baş verənləri izah edə bilmədiyini bildiriblər. Tibb işçiləri onun həyata qaytarılması uğrunda mübarizə apardığı vaxtda polis cinayətin qurbanına çevrilən şəxsin Eçmiədzin sakini 15 yaşlı S.P. olduğunu müəyyən edib".
Nəşr yazıb ki, hüquq-mühafizə orqanları əməkdaşları onu da müəyyən ediblər ki, həmin gün, təxminən saat 10:20-də Eçmiədzindəki Birinci Vazgen küçəsində 18 yaşlı Qapet G., 18 yaşlı Narek G. və xəstəxanaya aparılan 15 yaşlı S.P. arasında mübahisə baş veribmiş. Mübahisə zamanı dava iştirakçılarından biri, Kotayk bölgəsinin sakini, 18 yaşlı yeniyetmə əlindəki bıçaqla S.P.-nin bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib.
Mübahisə zamanı Qapet G. üstündə gəzdirdiyi tapança ilə bir neçə dəfə atəş də açıb. Polis həmin gəncləri, eləcə də cinayətdə istifadə edilmiş tapançanı aşkarlayıb.
Kriminal xəbər saytı olan "Şamşyan" nəşri isə yazıb ki, atəş açan şəxs general Manvel Qriqoryanın nəvəsi olub. O, Eçmiədzinin keçmiş meri, Manvel Qriqoryanın oğlu Karen Qriqoryan imiş: "Hüquq-mühafizə orqanları əməkdaşları onu da aşkar ediblərki, mübahisə qız üstündə baş verib".
Müəllif: Tural
-
ABŞ16:23Tramp İrandakı itkiləri Əfqanıstan və Vyetnamla müqayisə etdi
-
MDB15:50Rusiya yeni döyüş kadrları yaydı - Evlər partladılır, tarlalar bombalanır(VİDEO)
-
Maraq dünyası15:24Başqasının qabından yeyilən kartof qızartması daha dadlı olurmuş - Qəribə təcrübə
-
Hadisə14:58Professor Əmrah Dadaşov vəfat etdi
-
Yaxın Şərq14:40"Hörmüz böhranı" böyüyür - Naviqasiyanı söndürən gəmilər dayandırıldı
-
Magazin214:13Abramoviçin keçmiş həyat yoldaşının yeni görkəmi gündəm oldu - FOTO
-
MDB13:24Raket zərbələri nəticəsində Azərbaycan səfirliyinə ziyan dəydi - FOTOLAR
-
İdman11:04Aquero: "İllər keçəcək, amma onun kimisi heç vaxt olmayacaq"





































