Region
Kreml Paşinyanı belə zərərsizləşdirəcək - PLAN BƏLLİ OLDU
Rusiya iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərinə müxtəlif formalarla təsir etməyə çalışacaq.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) "kölgə" strukturu kimi tanınan "Stratfor" analitik mərkəzi məlumat yayıb.
Bildirilib ki, Kreml seçkilər zamanı Nikol Paşinyanı “Qərb kuklası”, Ermənistanın təhlükəsizliyinə təhdid və ölkəni Ukrayna ssenarisi istiqamətində idarə edən lider kimi təsvir edən “hekayələr”dən istifadə edərək ona qarşı informasiya əməliyyatlarını gücləndirəcək:
“Çox güman ki, Moskva rusiyapərəst fiqurlar arasında əks-səda yarada biləcək açıq eskalasiyadan çəkinəcək, lakin Paşinyanın manevr imkanlarını daraltmaq üçün media, onlayn şəbəkələr, müxalifət fiqurları və iqtisadi xəbərdarlıqlardan istifadə edəcək”.
"Stratfor" məlumatında o da qeyd olunub ki, Paşinyanın qələbəsi Ermənistanın Rusiya ilə iqtisadi əlaqələrinin kəsilməsinə səbəb olmayacaq: “Lakin çox güman ki, Avropa İttifaqı və ABŞ ilə təhlükəsizlik, diplomatik və iqtisadi əlaqələrin şaxələndirilməsi səylərini sürətləndirəcək. Eyni zamanda, zəif mandat və ya seçki sonrası iğtişaşlar Moskvaya Aİ ilə yaxınlaşma kursunun sabitliyi pozduğunu iddia etmək üçün daha çox fürsət verəcək”.
Müəllif: Valeh
-
Yaxın Şərq03:13Husilərin hücumları fonunda neft kəskin bahalaşdı
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi































