Region
ABŞ və İsrailin “Əhmədinejad planı” - Hakimiyyəti devirmək üçün nələr edilib?
ABŞ və İsrail İranda hakimiyyəti dəyişmək məqsədilə sabiq prezident Mahmud Əhmədinejadı ev dustaqlığından azad etməyə cəhd göstəriblər.
Publika.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti ABŞ rəsmilərinə istinadl məlumat yayıb.
Bildirilib ki, İsrail bu məqsədlə eks-prezidentin saxlanıldığı mənzilə zərbə endirib.
Lakin plan gözlənilən nəticəni verməyib: Əhmədinejad zərbə nəticəsində yaralansa da, sağ qalıb. Bildirilir ki, o, bu hücumu hakimiyyəti dəyişmək cəhdi kimi qiymətləndirib və hadisədən sonra ictimaiyyət qarşısına çıxmayıb; onun hazırkı yeri və səhhəti barədə məlumat yoxdur.
Əvvəllər gizli saxlanılan bu əməliyyat İsrailin İrandakı teokratik hökuməti devirmək üçün hazırladığı çoxmərhələli planın bir hissəsi olub. ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu bu riskli plana etimad göstərsələr də, Trampın bəzi köməkçiləri onun qeyri-real olduğunu hesab ediblər.
Müharibənin əvvəlində amerikalı rəsmilər İsraillə birlikdə İranda hakimiyyəti ələ ala biləcək “praqmatik” bir lider axtarışında olduqlarını bildirmişdilər. Əhmədinejad ölkə rəhbərliyi ilə münaqişələrinə və seçkilərdən kənarlaşdırılmasına baxmayaraq, namizəd kimi nəzərdən keçirilirdi. Qəzetin qeyd etdiyi kimi, bu seçim müharibənin Tehranda “daha mülayim bir rəhbərlik” qurmaq məqsədi daşıdığını təsdiqləyir. Mənbələr Əhmədinejadın potensial rolunu Venesuelada Nikolas Maduronun ələ keçirilməsindən sonra Delsi Rodrigesin hakimiyyətə gəlməsi ilə müqayisə edirlər.
Xatırladaq ki, Mahmud Əhmədinejad 2005–2013-cü illərdə İranın prezidenti olub və onun idarəçiliyi nüvə proqramının inkişafı və Qərblə qarşıdurma ilə yadda qalıb.
Hüseyn İbadlı
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Avropa14:23İspaniyada dəhşətli qatar qəzası: Ən azı 46 nəfər ölüb - VİDEO
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?

















.jpg)




.jpg)






.jpg)









