Region
Paşinyandan Rusiya ilə bağlı vacib açıqlama: 2018-ci ildən bəri 200 dəfə...
Ermənistan Rusiyanın maraqlarına zərər verə biləcək heç bir addım atmayacaq.
Publika.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mayın 20-də Lori rayonunun Şnoq kəndində hakim “Mülkü Müqavilə” Partiyasının seçki kampaniyası zamanı bildirib.
“Rusiya ilə münasibətlərimizdə heç bir kəskin addım atmayacağıq. Rusiya prezidenti ilə dostluq münasibətlərim var. 2018-ci ildən bəri təxminən 200 dəfə telefon danışığımız olub. Rusiyaya münasibətimiz çox istidir”, - deyə Paşinyan əmin edib.
O, əlavə edib ki, Rusiya supergücdür və ona hörmətlə yanaşmaq lazımdır.
“Mən Rusiyaya, prezidentə və Rusiya hökumətinin başçısına da eyni hissləri bəsləyirəm. Onlara deyirəm ki, biz Rusiyanın maraqlarına zərər verə biləcək heç nə etməmişik və etməyəcəyik. Eyni zamanda, öz maraqlarımızı Rusiyanın maraqlarından aşağı qoya bilmərik. Bu, qanuni mövqedir. Amma biz Rusiya ilə qarşıdurmaya girməyəcəyik. Ən yüksək səviyyədə dialoq davam edəcək”, - deyə Nikol Paşinyan qeyd edib.
Müəllif: Tural
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Avropa14:23İspaniyada dəhşətli qatar qəzası: Ən azı 46 nəfər ölüb - VİDEO
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?

















.jpg)




.jpg)






.jpg)









