Region
“Müsəlmanlar Kremli ələ keçirəcək” iddiasına görə kütləvi həbslər başladı
Rusiyada müsəlman ruhanilərin kütləvi həbsi ilə bağlı məlumatlar yayılıb.
Publika.az xəbər verir ki, Mordoviya müftisi Rail Asainov və Kareliyanın keçmiş müftisi Vasim Əli Bardvilinin həbsləri rəsmi olaraq təsdiqlənib.
Asainova qarşı Mordoviya Dövlət Universitetinin İslam iqtisadiyyatı və maliyəsi üzrə magistr proqramının direktoruna rüşvət vermək ittihamı irəli sürülüb. Bardvil isə 15 mayda Şeremetyevo hava limanında polisə tabe olmamaq ittihamı ilə 15 sutka müddətində həbs olunub.
“Şimal-Qərb Müsəlmanlar İcması” Mərkəzi Dini Təşkilatının sədri Henni Məhəmməd Sankt-Peterburqda saxlanılıb. Saratov vilayəti müftisinin müşaviri və Şeyx Səid mədrəsəsinin müəllimi Nidal Əvadəllah Əhməd də barmaqlıqlar arasına salınıb.
Rusiya Müsəlmanları Ruhani İdarəsinin rəhbəri Ravil Qaynutdin və idarənin digər nümayəndələri Moskvada və Şimai Osetiyada saxlanılıb. Qaynutdin Ruhani İdarəsinə 1994-cü ildə təsis edildiyi gündən rəhbərlik edir. O, prezident Putinin qatıldığı tədbirlərdə yer alır. 2025-ci ildə Putin tərəfindən “Rəşadətli əməyə görə” ordeni ilə təltif olunub. Buna baxmayaraq, son vaxtlar təşkilatın hakimiyyətlə münasibətlərində gərginlik baş verib. Buna səbəb onların çoxarvadlılıqla bağlı verdikləri fətva, eyni zamanda, “Şimali Qafqazda İslam” ensiklopedik lüğətinə “Şimali Qafqaz vəhhabiləri”, “Çeçenistanda İslam tarixi” kimi məqalələrin daxil edilməsi olduğu deyilir.
Ümumilkdə 12 nüfuzlu din xadiminin həbs edildiyi haqda məlumatlar var. Həbs olunan din xadimlərinin “xarici qurumlar” və Rusiyada terrorçu təşkilat kimi tanınan “Müsəlman Qardaşları” təşkilatı ilə əlaqələri araşdırılır.
Din xadimlərinin həbsinin Çeçenistanın mühacirətdə olan keçmiş baş nazirinin müavini Ruslan Kutayevin çıxışından sonra baş verməsi diqqət çəkir. Kutayev Moskvada yaşayan müsəlmanların lazımi anda hakimiyyəti ələ keçirməyə hazır olduğunu bildirib.
“Rusiyada lazımi anda hərəkətə keçəcəyik. Arxamızda kim var? Lazım olanda başları uçuracaq və barrikadalara çıxacaq insanlar. Bizə uyğun bir hökumət quracağıq”, - deyə o qeyd edib.
Müəllif: Asif
-
Dünya16:23Donald Trampa bənzəyən buğa gündəm oldu: Qurbanda kəsəcəklər - FOTOLAR
-
Sosial14:40Deputat: Uşaqpulu tənbəllik yarada bilər - VİDEO
-
Sosial14:27"Telegram" və "WhatsApp" istifadəçilərinə xəbərdarlıq - Hakerlər məlumatlarınızı oğurlayır
-
Rəsmi xronika13:38Makron İlham Əliyevə zəng vurdu
-
Dünya12:56Təcili xəbərdarlıq - Ərzaq qiymətləri arta bilər
-
Region12:38Türkiyə ilə Ermənistan nümayəndələri görüşdü: Mühüm razılaşma əldə edilib
-
İdman11:00“Sportinq”in gürcüsünün ilham pərisi - FOTOLAR
-
Sosial08:37Türkiyəyə də quru yolla gedə biləcəyik: ucuz qiymətə! - Açıqlama


























.jpg)

.jpg)










