Region
Paşinyan Putinə münasibəti haqda: “Dostluq dostluqdur, iş də iş”
Dostluq dostluqdur, iş də işdir. Dostluq münasibətlərinin iş məsələləri ilə nə əlaqəsi var? Əgər münasibət dostluqdursa, bu o deməkdirmi ki, biz fitosanitar standartlarla müəyyən edilmiş normalardan kənara çıxmalıyıq?
Publika.az xəbər verir ki, bunu hakim “Mülkü Mqavilə” Partiyasının parlament namizədlərinin proporsional siyahısına rəhbərlik edən Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərlə görüşdə bildirib. O, “NEWS.am”ın Putinlə dost olduğu təqdirdə ixrac problemlərinin yaranması və Ermənistanın AİB-dəki statusunun müzakirə olunması ilə bağlı sualını cavablandırarkən bu barədə bildirib.
Onun sözlərinə görə, yalnız İrəvan Ermənistanın AİB-dəki statusunu müzakirə edə bilər, yəni yalnız Ermənistan çıxıb-çıxmamaq barədə qərar verə bilər. "Başqa prosedur yoxdur. Lakin biz digər sualları cavablandırmağa hazırıq", - deyə o qeyd edib.
Paşinyan qazın qiymətlərinin artırıla bilməyəcəyini əmin edib, çünki qarşılıqlı faydalı razılaşma mövcuddur. "Biz əvvəllər qaz tarifləri ilə bağlı aydın strateji razılaşmalar əldə etmişik və onlara hörmət edilməlidir".
“Fitosanitar standartlara cavab verməyən istənilən mallara məhdudiyyətlər həmişə olduğu kimi, gül ixracına da həmişə məhdudiyyətlər olub və olacaq.
Son səkkiz ildə onlarla belə hal baş verib. Başqa mallarla bağlı digər məsələlər də var idi. AİB daxilində idxal və ixrac edilən malların mənşəyi məsələsini daim müzakirə edirik. Məntiq budur ki, AİB-də istehsal olunan mallar AİB daxilində sərbəst hərəkət etməlidir. Bu məsələ bütün Birlik ölkələri ilə bağlı daim müzakirə olunur”, - deyə Paşinyan qeyd edib.
Müəllif: Tural
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin120 Sentyabr 19:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 20 Sentyabr 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO















.jpg)















