Region
Türkiyə XİN onun azadlığa buraxılmasını pislədi
Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstanda terror təşkilatı lideri Yotopoulosun azadlığa buraxılmasını pisləyən bəyanat yayıb.
Publika.az xəbər verir ki, bəyanatda qeyd olunub:
"1991-ci ildə Afina səfirliyimizin mətbuat attaşesi Çetin Görgünün qətlini təşkil etdiyinə görə 17 ömürlük və 25 il ağırlaşdırılmış həbs cəzasına məhkum edilmiş terror təşkilatının lideri Aleksandros Yotopulosun 21 may 2026-cı ildə azadlığa buraxılmasını şiddətlə pisləyirik. Ölkəmizi xaricdə şərəflə təmsil edən diplomatlarımızı hədəf alan sui-qəsdləri və hücumları təhrik edən bu xain terrorçuya göstərilən tolerantlıq şəhid diplomatlarımızın və onların ailələrinin xatirəsinə böyük hörmətsizlikdir və qəbuledilməzdir."
Əlavə olunub ki, Yunanıstan hakimiyyət orqanları terrorizmlə mübarizəyə mane olacaq addımlar atmamalı və məhkum edilmiş terrorçuların cəzalandırılması ilə bağlı öhdəliklərini yerinə yetirməlidir.
-
Nida Xəbər 15:46Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Avropa14:23İspaniyada dəhşətli qatar qəzası: Ən azı 46 nəfər ölüb - VİDEO
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
























.jpg)














