Region
Ərik, şərab, araq ixracı problemləri 10 il əvvəl də yaranırdı - Mirzoyan
Ermənistanın bu və ya digər beynəlxalq tərəfdaşla qurduğu ikitərəfli münasibətlər üçüncü bir tərəfə qarşı yönəlməyib.
Publika.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
Rusiya xarici işlər naziri Sergey Lavrovun bəyanatını şərh edən A.Mirzoyan qeyd edib ki, tərəflər danışmalı, bir-birini anlamalı və həll yolları tapmalıdırlar:
"İstənilən ölkənin münasibətlərində problemlər yarana bilər. Biz gərginliyin daha da artmasında maraqlı deyilik. Ərik, şərab və ya araq ixracı ilə bağlı problemlər 10-15 il əvvəl də yaranırdı. Biz bu məsələləri həmkarlarımızla konstruktiv və sağlam mühitdə müzakirə edəcəyik. Ümid edirəm ki, həll yollarını tapacağıq".
Sergey Lavrov bundan əvvəl bəyan edib ki, Qərb ölkələri Moskvaya ziyan vurmaq üçün İrəvanı yanlış istiqamətə yönəltmək siyasəti yürüdür.
-
Nida Xəbər 15:46Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Avropa14:23İspaniyada dəhşətli qatar qəzası: Ən azı 46 nəfər ölüb - VİDEO
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
























.jpg)














