Region
Tehran "Hizbullah"la bağlı qərar verdi
İran bundan sonra da "Hizbullah" qruplaşmasını dəstəkləyəcək.
Publika.az xəbər verir ki, bu, İran xarici işlər naziri Abbas Əraqçinin Livanın "Hizbullah" qruplaşmasının baş katibi Naim Qasıma ünvanladığı məktubda yer alıb.
"İran son anadək "Hizbullah"ı dəstəkləyəcək və heç vaxt bu dəstəyi dayandırmayacaq", - A. Əraqçi bildirib.
Onun sözlərinə görə, bu dəstək İranın öldürülən Ali rəhbəri Əli Xameneiyə verdiyi əhddir: "Bəzi region ölkələrinin İran ilə ABŞ arasındakı gərginliyi azaltmaq məqsədilə vasitəçilik etdiyi ilk anlardan etibarən İran hər hansı bir razılaşmanın Livanda atəşkəsin bərqərar olması ilə müşayiət olunmalı olduğunu təkid edib".
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.
Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.
ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının bağlandığını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Özünüzü ərköyünləşdirə bilərsiniz
-
Region23 May 23:12Tehran "Hizbullah"la bağlı qərar verdi
-
Magazin123 May 22:4852 yaşlı aktrisa cazibədarlığı ilə göz oxşadı - FOTO
-
Qarabağ 23 May 22:24Qarabağda ilk dəfə beynəlxalq BMT Modeli Konfransı keçirilir - FOTO
-
Magazin223 May 22:00Şərab zavodunda dekolteli ağ libasda pozalar verdi - FOTO
-
İdman23 May 20:48“Anam kimi adam öldürməmişəm”
-
Region23 May 19:48Türkiyədə bələdiyyə sədri güllələndi
-
Sosial23 May 18:48Quyuya düşən şəxs belə xilas edildi - VİDEO


































