Region
Axalkalaki-Qars dəmir yolu fəaliyyətə başladı - Paşinyan Türkiyəyə təşəkkür etdi
Ermənistanın baş naziri Nikol Paşinyan Axalkalaki-Qars dəmir yolunun fəaliyyətə başladığını bildirib.
Publika.az-ın məlumatına görə, baş nazir bu barədə "Facebook" səhifəsində yazıb.
"Axalkalaki-Qars dəmir yolunun, eləcə də Azərbaycanın dəmir yolunun bundan sonra Ermənistana ixrac və idxal üçün açıq olduğunu elan etməkdən məmnunam. Bu, ölkəmizin iqtisadi həyatında böyük hadisədir. Türkiyə və Gürcüstandan olan tərəfdaşlara təşəkkür edirəm", - deyə Paşinyan bildirib.
O əlavə edib ki, hazırda Ermənistan Gürcüstan və Azərbaycan ərazilərindən keçməklə Rusiya ilə, habelə Rusiya və Qazaxıstan vasitəsilə Çinlə dəmir yolu əlaqəsinə malikdir. İndi bu istiqamətlərə, o cümlədən Avropa İttifaqı ilə əlaqəni təmin edən, Gürcüstan və Türkiyədən keçən marşrut da qoşulub.
Bundan başqa, erməni hökumətinin başçısı yaxın vaxtlarda Ermənistanla Türkiyə, Ermənistanla Azərbaycan, sonradan isə Naxçıvan vasitəsilə Ermənistanla İran arasında birbaşa dəmir yolu əlaqəsinin açılacağının gözlənildiyini bildirib.
"TRIPP layihəsinin həyata keçirilməsi nəticəsində biz yaxın gələcəkdə bu hadisələrin şahidi olacağıq", - deyə Paşinyan vurğulayıb.
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"












.jpg)














.jpg)











