Region
Ərdoğan hərtərəfli dəstək vəd etdi
"Türkiyə ABŞ və İran arasında əldə olunacaq hər hansı bir razılaşmanın icrasında hərtərəfli dəstək verməyə hazırdır".
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Tramp və bəzi müsəlman ölkələrinin rəhbərləri ilə keçirilən videokonfrans zamanı bəyan edib.
"Türkiyə bütün regionda sülhün bərqərar olmasına çalışır və İranın nüvə dosyesi də daxil olmaqla mübahisəli məsələlər üzrə adekvat həll yollarının tapılmasının mümkünlüyünə inanır", - deyə məlumatda qeyd edilir.
Videokonfrans zamanı İran və Yaxın Şərqdəki hadisələr müzakirə edilib. Ərdoğan bildirib ki, Türkiyə hər zaman problemlərin dialoq və diplomatiya yolu ilə həllinin tərəfdarı olub.
"O, İranla aparılan diplomatik prosesin prezident Tramp tərəfindən səsləndirilən mərhələyə çatmasından və əldə olunacaq istənilən sazişin regional sabitliyə töhfə verəcəyindən məmnundur. Hörmüz boğazından azad keçidin təmin edilməsi dünya iqtisadiyyatı üçün böyük rahatlıq olacaq. Ərdoğan vurğulayıb ki, Türkiyə region ölkələrinin bir-birinə təhdid yaratmayacağı yeni bir dövrün başlamasını arzulayır", - deyə məlumatda bildirilir.
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"












.jpg)














.jpg)











