Region
Paşinyan ermənilərə dərs keçir: Başqalarının bizi başqalarına qarşı...
Başqalarının bizi başqalarına qarşı istifadə etməsinə icazə verməməliyik.
Publika.az xəbər verir ki, bunu hakim “Mülkü Müqavilə” Partiyasının proporsional namizədlər siyahısına rəhbərlik edən Ermənistanın Baş naziri Nikol Paşinyan Kotayk rayonunun inzibati mərkəzi olan Hrazdanda keçirilən seçki kampaniyası zamanı deyib.
Onun sözlərinə görə, Ermənistan irəli baxmalı, keçmişdən dərs çıxarmalıdır. Paşinyan qeyd edib ki, "Keçmişin ən vacib dərsi odur ki, başqalarının bizi başqalarına qarşı istifadə etməsinə icazə verən kimi, sonda kənara atılır, müdafiəsiz qalırıq".
O əlavə edib ki, Ermənistan öz qüvvələrindən yalnız öz təhlükəsizliyini, dövlətini, rifahını və azadlığını qorumaq üçün istifadə etməlidir.
Eyni zamanda, o, müxalifətin sülhün qarantı olmalı olduğu fikri ilə razılaşmayıb, çünki onun fikrincə, bu, ölkənin taleyini başqalarına təhvil vermək demək olardı. "Biz taleyimizə nəzarəti ələ keçirməyi bacarmışıq və sükanı əlimizdən buraxa bilmərik", - deyə Nikol Paşinyan vurğulayıb.
Müəllif: Tural
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"



























.jpg)
.jpg)










