Region
Köçəryan ABŞ və Avropanı ittiham etdi: Yaxşı olmayacaq
Ermənistan geosiyasi rəqabətin mərkəzinə çevrilir.
Publika.az “News.am”a istinadla xəbər verir ki, bunu ölkənin ikinci prezidenti, "Ermənistan" partiyalar blokundan parlamentə namizədlərin proporsional siyahısına başçılıq edən Xocalı qatili Robert Köçəryan Sünik bölgəsinin Meğri şəhərində seçki kampaniyası zamanı jurnalistlərlə görüşündə bildirib.
O, ABŞ dövlət katibi Marko Rubionun İrəvana səfərinin seçkilərə müdaxilə kimi qiymətləndirilə biləcəyini söyləyib.
"Əlbəttə ki, seçkilərdən bir neçə gün əvvəl - təcili, elan edilməmiş, gündəliyi və məqsədi ictimaiyyətə məlum olmayan belə bir səfər bu cür qiymətləndirmələrə səbəb olur. Xüsusilə də son zamanlar bəzi Avropa ölkələrindən nümayəndə heyətlərinin səfərlərinin kampaniyanın bir hissəsinə çevrildiyini gördüyümüz üçün. İmzalanmış sənədlərin məzmununa baxdıqda, xüsusi bir şey yoxdur, amma səfər şübhəsiz ki, kampaniya ilə bağlıdır. Bunun nəyi pisdir? Biz geosiyasi rəqabətin mərkəzinə çevrilirik", - deyə Köçəryan qeyd edib.
Robert əlavə edib ki, Rusiyadan müxalifətin lehinə heç bir açıqlama eşitməyib, lakin Avropa ölkələrindən (mövcud hakimiyyətin lehinə – red.) belə açıqlamalar olub və bu, artıq bir trendə çevrilib.
“Ermənistan” blokunun lideri qeyd edib ki, 10-15 il əvvəl bu, pis əlamət hesab olunurdu, amma indi hər şey dağınıq vəziyyətdədir və bu halda vəziyyətə sakit baxmaq lazımdır. Keçmiş prezident vəziyyəti seçkilərə təsir göstərmək cəhdi adlandırıb.
"Bu gün seçkilərə təsir etməyə çalışan tərəf bunu digər tərəfin təsir göstərmək cəhdi kimi əsaslandırmağa çalışır. Tədricən qarşılıqlı eskalasiya yaxşı heç nəyə gətirib çıxarmır", - deyə Robert Köçəryan yekunlaşdırıb.
Müəllif: Tural
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"



























.jpg)
.jpg)










