Region
Aşotyandan Koçaryana ağır sözlər: "Şər daşıyıcısısan!"
Ermənistanın keçmiş Elm və təhsil naziri, "Respublika" Partiyasının vitse-prezidenti Armen Aşotyan ölkədəki siyasi durumla bağlı diqqət çəkən fikirlər səsləndirib.
Publika.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. O, özünün "Facebook" səhifəsində paylaşım edərək kemiş prezident, hərbi cani Robert Koçaryanı tənqid edib. Aşotyan Nikol Paşinyanı Robert Koçaryanın varisi adlandırıb.
"Niyə sizin varisiniz hesab edirəm? Sizin tərəfdarlarınız bu emosional fikirdən təəccüblənəcəklər. Bu sualın cavabı çox sadədir. Sizin kimi siyasətdən kənar bir insan 1998-ci ildən bəri Ermənistanın siyasi həyatını korlayır. Ermənistanın siyasi həyatının məhvi sizin kimi eqoist bir insanla başladı. Siz ölkəmizdə sistem əleyhinə yürüdülən siyasətin xaç atasısınız. Bəli, mənim fikrimcə, sizin səhvlərinizdə biz də günahkar sayılırıq. Çünki bizlər də sizi zamanında dəstəkləmişik. Günahkarıq ki, sizin kimi bir insanı prezident etdik", -Aşotyan deyib.
O, Koçaryanı şər daşıyıcısı adlandırıb: "Siz keçmişin ruhu sayılırsınız. Hansı ki, kommunizm ruhu da belədir, onun gələcəyi yoxdur. Qismət olsa, parlamentdə qələbə qazansanız qüvvələrinizi birləşdirin və nəhayət ki, Nikolun hakimiyyətinə də son qoyun. Bundan sonra siz də siyasətdən gedə bilərsiniz. Bunu çoxdan etmək lazım idi".
Müəllif: Tural
-
Kriminal23:12Göygöldə dəhşətli qətl
-
Magazin221:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin119:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!













.jpg)




.jpg)















.jpg)

