Region
Sərhəd Sovet Ermənistanında necə olubsa, elə də olacaq - Paşinyan
Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş vilayətinin Berdavan kəndində seçkiqabağı təşviqat zamanı yaxın vaxtlarda sərhədlərin delimitasiyasının aparılacağını bildirib.
Publika.az xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.
Paşinyanın sözlərinə görə, delimitasiya nəticəsində Sovet İttifaqı dövründə mövcud olmuş sərhəd xətti bərpa ediləcək.
“Sülh Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini tanıması əsasında qurulub. Bu o deməkdir ki, sərhəd Sovet Ermənistanında necə olubsa, elə də olacaq. Delimitasiya şimaldan başlayacaq və İran sərhədinədək davam edəcək. TRIPP layihəsini həyata keçirməyə başlayacağımız ərazilərdə sərhədləri qısa hissələr üzrə delimitasiya edəcəyik. Digər sahələr üzrə isə oturub işləməliyik”, – deyə o bildirib.
Paşinyan qeyd edib ki, Berdavanda belə bir problem yoxdur, lakin bu məsələ Artsvaşenlə bağlı mövcuddur.
Ermənistan Baş naziri əlavə edib ki, delimitasiya məsələsi ilə bağlı öz baxışı var və hesab edir ki, Azərbaycanın yanaşması da eynidir.
“Mənim yanaşmam ondan ibarətdir ki, məsələ indi elə həll olunmalıdır ki, 10, 20, 30, 50 və ya 100 ildən sonra bir ağac və ya bir kol üstündə münaqişə yenidən alovlanmasın”, – deyə Paşinyan vurğulayıb
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"















.jpg)



.jpg)









.jpg)








