Region
Erməni müğənni Paşinyana qarşı çıxdı: "Qarabağ erməniləri ölkədə təqib olunurlar!"
Ermənistanın tanınmış müğənnilərindən olan Lilit Bleyan siyasi açıqlaması ilə gündəmə gəlib.
Publika.az xəbər verir ki, sənətçi ölkəsindəki xaotik durumdan gileylənib, söz azadlığının dözülməz həddə pisləşdiyini deyib. O, özünün Facebook səhifəsində paylaşım edərək yazıb ki, Qarabağdan köçən ermənilər artıq özlərinə vətən saydıqları Ermənistanda təqiblərlə üzləşirlər. Müğənni buna misal olaraq baş nazir Nikol Paşinyanla mübahisəyə həbsə atılmış Artur Osipyanı misal göstərib: "Seçki kampaniyası zamanı kiməsə (Baş nazir Nikol Paşinyanı nəzərdə tutur-red.)yaxınlaşıb suallar verməzdən əvvəl, növbəti bir neçə ayı həbsxanada keçirmək istəyib-istəmədiyinizi yaxşıca düşünməlisiniz... Xüsusilə də sualınız Qarabağ və "Artsax xalqı" (Ermənilərin Qarabağda yaşamış separatçılara verdiyi qondarma ad-red.) ilə bağlıdırsa diqqətli olun. Mən Osipyanı (Nikol Paşinyanla mübahisə etdiyi üçün həbsə atılıb-red.) tanımıram. Amma onun başına gələnlər hamının gözü önündə cərəyan etdi. Bu, sadəcə absurddur. Siyasi baxışlarından asılı olmayaraq bütün siyasi məhbuslar üçün azadlıq tələb edirəm. Qarabağ ermənilərinin vətəndə(Ermənistan-red.) təqib edilməsi və qovulması dəhşətli bir hadisədir. Bu, hamımız üçün rüsvayçılıqdır".
Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistanda rezonans doğuran siyasi həbs baş vermişdi. Belə ki, Baş nazir Nikol Paşinyanla mübahisə edən Qarabağdan getmiş Artur Osipyan adlı revanşist fəalladan biri sərt diskussiyaya görə həbs edilib. Vəkil Roman Yeritsyan Facebook-da paylaşım edərək bildirib ki, o, müvəqqəti saxlama təcridxanasına köçürülüb.
Müəllif: Tural
-
Rəsmi xronika22:16Prezident Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış oldu - FOTO
-
İdman21:53“Sabah” “Orhus”u darmadağın etdi - YENİLƏNDİ
-
Rəsmi xronika20:15Prezident Naxçıvanda yeni avtobuslara baxdı, dəmir yolunda yenidənqurma işləri ilə tanış oldu - FOTO/VİDEO
-
Rəsmi xronika19:40İlham Əliyev Naxçıvanda günəş elektrik stansiyalarında görülən işlərlə tanış oldu - FOTO/VİDEO
-
Magazin119:24Xuramanla əri arasında cəyirtkə qalmaqalı: “Məni boşayacaq” - VİDEO
-
Hadisə18:24Azərbaycanda meşədən qadın və kişi MEYİTİ TAPILDI
-
Yaxın Şərq17:07Müsəlman ölkələrinin birləşməsi İsraili təşvişə saldı: Tətikdə olmalıyıq
-
Yaxın Şərq13:01Bəşər Əsədə ölüm hökmü verildi
























.jpg)












