Region
ABŞ və İsrailin başı dərddə - Elə peyk görüntüləri üzə çıxdı ki...
İran ABŞ-ın bombardmanları nəticəsində girişləri bloklanan 18 böyük yeraltı raket anbarına çıxışı bərpa edib.
Publika.az xəbər verir ki, peyk görüntülərini təhlil edən CNN telekanalının məlumatına görə, ölkə bu bazalardakı 69 tuneldən 50-sini təmizləyib.
Ekspertlər hesab edir ki, yeraltı anbarlara yolun açılması İranın İsrailə və Yaxın Şərqin digər dövlətlərinə qarşı daha çox uzaqmənzilli raket buraxmaq imkanını artırır.
Ceyms Martin Mərkəzinin elmi işçisi Sem Ler qeyd edib ki, istehsal dayandırılsa belə, İranın əlində olan mövcud raket ehtiyatları buraxılış qurğularını təchiz etmək üçün kifayətdir.
Kosmosdan çəkilmiş görüntülər göstərir ki, İran tərəfi uçqunların təmizlənməsi üçün buldozer və yük maşınlarından istifadə edib, həmçinin yolları təmir edib. Analitiklər vurğulayırlar ki, bu fakt ABŞ və İsrailin hərbi kampaniyasının məhdudiyyətlərini ortaya qoyur: tunel girişlərinə vurulan zərbələr Tehranın raket potensialını məhv etmək üçün yetərli deyil.
İranın iyirmi ildən çoxdur tikdiyi bu yeraltı şəbəkə raketləri və buraxılış qurğularını etibarlı şəkildə qoruyur. Bəzi obyektlərin qayalıqların altında yüzlərlə metr dərinlikdə yerləşməsi ABŞ və İsrailin həyata keçirdiyi hücumların effektivliyini ciddi şəkildə azaldır.
Hüseyn İbadlı
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO





























.jpg)










