Region
Rusiya Ermənistanı çətin vəziyyətdə qoydu: Görün Paşinyan hansı üsula əl atdı
Rusiya ilə Ermənistan arasında ticarət münasibətlərində yaranan gərginlik İrəvanı yeni çıxış yolları axtarmağa məcbur edib. Moskvanın Ermənistan məhsullarının idxalına tətbiq etdiyi məhdudiyyətlərdən sonra hökumət fermerlərə dəstək proqramı hazırladığını açıqlayıb.
Publika.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlament seçkiləri ərəfəsində seçicilərlə görüşündə deyib.
Onun sözlərinə görə, Rusiyanın tətbiq etdiyi məhdudiyyətlər səbəbindən ixrac edilə bilməyən kənd təsərrüfatı məhsullarının zərərini hökumət qarşılayacaq.
“Bu gün strateji seçim mərhələsindəyik. Deyirəm ki, əgər bibər xarab olacaqsa, onun pulunu mən ödəyəcəyəm, hökumət ödəyəcək. Amma bütün bunların nəticəsində Ermənistanda həm bibər istehsalı, həm də ixrac artacaq”, - Paşinyan bildirib.
Baş nazir qeyd edib ki, ixrac qarşısında “ədalətsiz maneələr” yarandığı halda, ölkədə xaricə göndərilə bilməyən məhsulların subsidiyalaşdırılması və fermerlərə maliyyə dəstəyi mexanizmləri işə salınacaq.
Paşinyan eyni zamanda etiraf edib ki, Ermənistan istehsalçılarının məhsulları arasında keyfiyyət problemi olan nümunələr də mövcuddur.
Onun sözlərinə görə, yaranmış vəziyyət yeni bazarlara çıxış imkanları yaradıb. Baş nazir artıq bir neçə nümayəndə heyətinin xarici ölkələrə göndərildiyini və yaxın vaxtlarda gül, meyvə-tərəvəz məhsullarının alınmasına dair konkret təkliflərin əldə olunduğunu açıqlayıb.
Paşinyan bildirib ki, Ermənistanın ixrac həcmi o qədər də böyük deyil və Avropanın iri supermarket şəbəkələrindən biri belə həmin məhsulları qəbul edə bilər.
Adəm
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO



























.jpg)










