Region
Türkiyə suyun altında “yeni səhifə” açacaq
Türkiyənin müdafiə sənayesi artıq yalnız yeni platforma və sistemlər istehsal etməklə kifayətlənmir, həm də sahəyə təsir edəcək doktrinalar və yeni texnologiyalar üzərində cəmləşir. Ankara, xüsusilə sualtı sahədəki layihələri ilə yeni bir dövr başladığının siqnallarını verir.
Publika.az “TRT Haber”ə istinadla xəbər verir ki, "SAHA EXPO 2026" sərgisində ilk dəfə nümayiş olunan sistemlər və imzalanan müqavilələr Türkiyənin suyun altında platforma və sistem inkişaf etdirmə gücünün nə qədər konkretləşdiyini göstərdi. Sərgidə insanlı və insansız mini sualtı qayıqlar, sualtı kamikadze pilotsuz dəniz vasitələri (İDA) və dərin sularda "sürü" konsepti ilə hərəkət edə bilən vasitələr ön plana çıxdı.

Bundan başqa, Türkiyənin yalnız sualtı və ya suüstü deyil, ümumilikdə insansız sistem təhdidlərinə qarşı mübarizə üçün inkişaf etdirdiyi kompleks həllər də diqqət çəkib. Ankara bu məsələyə yalnız PUA/SİHA istehsalı kimi deyil, bu təhdidləri neytrallaşdıracaq qabaqcıl sistemlərin yaradılması prizmasından yanaşır.
Müdafiə sənayesi üzrə ekspert Kozan Səlcuq Erkan bildirir ki, Türkiyə bu yeni dövrü çox sürətlə analiz edib və müvafiq mövqe tutub. Onun sözlərinə görə, əvvəllər model və ya prototip kimi görünən bir çox sualtı layihələr artıq seriya istehsalı mərhələsinə keçib və müvafiq hərbi qüvvələrlə müqavilələr imzalanıb.
Erkan, Türkiyənin bu sahədəki ən böyük uğurunu yerli istehsal nisbətinin yüksək olması ilə əlaqələndirir:
"Ukrayna kimi ölkələr insansız sistemlərdə yüksək istehsal potensialına malik olsa da, alt sistemlərdə xaricdən asılıdırlar. Türkiyə isə son illərdə bu kritik alt sistemlərin yerli istehsalına fokuslanıb və böyük uğur qazanıb. Bu, tədarük zəncirindəki hər hansı bir axsamanın qarşısını almaq üçün çox vacibdir. Əgər bu yol xəritəsi ilə irəliləsək, yaxın gələcəkdə insansız sualtı sistemlər bazarında Türkiyənin adını tez-tez eşidəcəyik".
Hüseyn İbadlı
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO



























.jpg)










