Region
Aİ Rusiyanın acığına Ermənistana vəd verdi: 50 milyon avro, Avropa bazarına çıxış
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.
Publika.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, tərəflər Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması fonunda Rusiyanın ölkəyə təzyiqlərini müzakirə ediblər.
Danışıq zamanı Rusiyanın Ermənistanın bir sıra məhsullarına, o cümlədən meyvə, tərəvəz, gül və konyak idxalına tətbiq etdiyi məhdudiyyətlər gündəmə gətirilib. Ursula fon der Lyayen Moskvanın bu addımlarını “iqtisadi məcburetmə” adlandıraraq qəbuledilməz olduğunu bildirib.
“Ermənistan məhsullarına ixrac məhdudiyyətlərini genişləndirməklə Moskva iqtisadi əlaqələrdən siyasi təzyq vasitəsi kimi istifadə edir. Biz bu yanaşmanı çox yaxşı tanıyırıq. Məhz buna görə Avropa Ermənistanın yanında qətiyyətlə dayanır”, - deyə Avropa Komissiyasının rəhbəri vurğulayıb.
Fon der Lyayen həmçinin Ermənistan üçün yeni dəstək paketini açıqlayıb. Onun sözlərinə görə, Avropa İttifaqı ölkəyə dərhal 50 milyon avrodan çox maliyyə yardımı ayıracaq.
Bundan əlavə, Ermənistan məhsullarının, xüsusilə kənd təsərrüfatı mallarının Avropa bazarına çıxışının asanlaşdırılması istiqamətində əlavə tədbirlərin görüləcəyi qeyd olunub.
Adəm
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək















.jpg)


.jpg)







.jpg)










