Region
Ermənistan qarışdı: Kütləvi həbslər keçirilir
İrəvanda təhlükəsizlik qüvvələrinin nümayəndələri “Armat media”nın redaksiyasına daxil olublar.
Publika.az xəbər verir ki, bu barədə “NEWS.am” məlumat yayıb.
Digər detallar hələlik məlum deyil.
Qeyd etmək lazımdır ki, bu səhər tezdən Ermənistanda kütləvi həbslər başlayıb.
Keçmiş təhsil və elm naziri Armen Aşotyan, Bryusov Universitetinin keçmiş rektoru Qayane Qasparyan, prorektor Artur Ayvazyan, Universitetin İdarə Heyətinin sədri Vigen Sarkisyan, keçmiş maliyyə naziri Qaqik Xaçatryan, oğlu Artyom Xaçatryan və onlarla əlaqəli digər şəxs Harutyun Tadevosyan saxlanılıb.
Onlar təxminən 200 milyon rubl dəyərində əmlakla bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulmasında ittiham olunurlar.
"Ermənistan" blokundan parlamentə namizədlərdən biri də seçki rüşvəti verməkdə şübhəli bilinərək saxlanılıb.
Korrupsiyaya Qarşı Mübarizə Komitəsi həmçinin bildirib ki, ER Dövlət Əmlakının İdarə Edilməsi Departamentinin keçmiş rəhbəri və Ermənistan Respublika Partiyasının üzvü Arman Saakyan iki ay müddətinə həbs edilib. O, seçki rüşvətinin verilməsi və ya alınması ilə bağlı cinayət işi üzrə ittiham olunur.
Bundan əlavə, İrəvanın keçmiş meri Qaqik Beqlaryan vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda çirkli pulların yuyulmasında ittiham olunaraq saxlanılıb. Onun həbsi üçün məhkəməyə vəsatət verilib.
Müəllif: Tural
-
İdman22:32Bu yaranın sağalması üçün vaxt lazım olacaq - Messidən kədərli paylaşım
-
Cənubi Qafqaz22:18Ermənistanda fermerlər magistral yolu bağladı - Video
-
Hadisə21:39Qazaxda göldə boğularaq ölən ata və qızın fotosu
-
Elm və təhsil20:48DİM sədrindən ixtisaslaşma seçimi ilə bağlı xəbərdarlıq - Bunu etmək olmaz
-
Avropa19:50Yeni Baş nazir işə başlayan kimi Trampa zəng etdi
-
Sosial18:30Özəlləşdirmə çeklərinə görə kompensasiya ödənilməsinə başlanılıb? - Rəsmi açıqlama
-
Magazin215:29Məşhur aparıcıdan Azərbaycanla bağlı paylaşım - VİDEO
-
Yaxın Şərq14:30İran adaları ABŞ-ın quru əməliyyatına hazırlaşır: “İsti” qarşılayacağıq

















.jpg)
.webp)

















