Region
Danielyan Azərbaycanın artan nüfuzundan danışdı: "Vəziyyət son dərəcə təhlükəlidir!"
Ermənistanın tanınmış politoloqlarından olan Stepan Danielyan Azərbaycanın regionda artan nüfuzu ilə bağlı diqqət çəkən açıqlamalar verib.
Publika.az yerli mediaya istinadən xəbər verir ki, o, geosiyasi vəziyyəti dəyərləndirən zaman Azərbaycanın Rusiya və İran kimi böyük ölkələr üçün önəmli bir ölkəyə çevrildiyini deyib.
Danielyan hətta iddia edib ki, Azərbaycanın nüfuzu və gücü artdığı üçün bu ölkəni Avrasiya İqtisadi Birliyinə də daşımağa çalışırlar: "Vəziyyət son dərəcə təhlükəlidir. Azərbaycanla Rusiya yaxınlaşmağa başlayıb və Azərbaycanın Avrasiya İqtisadi Birliyinə qoşulma ehtimalı məsələləri artıq müzakirə olunur. Digər tərəfdən, Azərbaycan Rusiya və İran üçün logistika əlaqəsi kimi vacib bölgəyə çevrilib ki, bu da fundamental geosiyasi dəyişiklikləri nəzərdə tutur. Bəs Azərbaycan bu çevik və cəsarətli dəyişikliklərin, yeni addımların müqabilində nə əldə edəcək? Cavab sadədir: bu, Ermənistanın dövlətçiliyini şübhə altına alınmasıdır".
Müəllif: Tural
-
Qarabağ 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin119:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı

































.jpg)

