Region
Kiviryan: "Türklərin qəddar, rusların isə mehriban olduğunu düşünənlər dərindən yanılırlar"
Seçki öncəsi siyasi həbslər və İrəvanın açıq şəkildə Qərb xətti tutması səbəbindən Rusiya-Ermənistan münasibətləri xeyli gərginləşdi.
Publika.az xəbər verir ki, yerli mediada hər gün indiki hakimiyyətin Rusiyadan üz çevirməsini tənqid edən yazılar dərc olunur. Məsələn "Mamul" nəşri analitik Argişti Kiviryanın açıqlamasını dərc edərək yazıb ki, ermənilər 100 il əvvəlki səhvlərini təkrarlayırlar.
"100-150 il əvvəl öz çəkisini və gücünü dəqiq qiymətləndirmədən türklərlə güləşə çıxmaq bu millətə baha başa gəldi. O zaman belə siyasət alınmadı, indi isə eyni şeyi ruslarla təkrarlamağa çalışırlar. Üstəlik, türklərin qəddar, rusların isə çox mehriban olduğunu düşünürsünüzsə, dərindən yanılırsınız... 150 il əvvəl Qafqaz xalqlarının taleyinin necə bitdiyini öyrənə və ya heç olmasa bugünkü Ukraynaya baxa bilərsiniz. Bir millətin müdrikliyi öz bayrağını hərbi-vətənpərvərlik bayrağın altında dirəyin ucuna qaldırmaqda deyil, həmin bayrağın təhlükəsizliyini təmin etməkdədir".
Müəllif: Tural
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi





































