Region
Ermənistandakı seçkilərlə bağlı ilk pozuntu - FOTOLAR
Xəbər verdiyimiz kimi səhər saatlarından başlayaraq Ermənistanda Parlament seçkiləri ilə bağlı səsverməyə start verilib.
Publika.az xəbər verir ki, səsvermənin ilk dəqiqələrindən başlayaraq bəzi seçki prinsiplərinin pozulmasını əks etdirən görüntülər yayılır.
"HayaQue"nin yaydığı məlumata görə xeyli sayda faktlar ortaya çıxıb ki, bu da səsvermənin gizliliyi prinsipinin pozulmasını sübut edir.
"Təqdim etdiyimiz fotolardan da aşkar görünür ki, seçki məntəqəsindən gələn ilk məlumatlar pozuntulardan xəbər verir. Vanadzordakı 23/51 saylı seçki məntəqələrində səsvermə kabinələrindən birinin arxasından hərəkət etmək, digərinin arxasında yerləşən pəncərədən isə səsvermə prosesini izləmək də mümkündür. Başqa bir fotoda isə səs verən şəxsin arxasında qapı və ya dəhliz var. Aşkar şəkildə, başqalarının görə biləcəyi şəraitdə səsvermə cəhdi, səsvermənin gizliliyi prinsipinin pozulması deməkdir! Bu, seçki günündəki ilk həyəcan verici xəbərlərdən biridir",- məlumatda qeyd edilib.
Ermənistan parlamenti proporsional təmsilçilik, yəni, yalnız partiya siyahıları ilə seçilir. Ermənistan parlamentinin 9-cu çağırışında yerlər uğrunda 18 siyasi qüvvə mübarizə aparır: 16 partiya və 2 blok. Partiyaların parlamentə keçmək üçün həddi 4 faiz, bloklar üçün isə 8 faiz olaraq müəyyən edilib. Yekun seçki nəticələri hesablanarkən etibarsız və qəsdən korlanmış bülletenlər sadəcə olaraq buraxılır və nəzərə alınmır. Partiyaların aldığı faizlər yalnız etibarlı bülletenlərin ümumi sayı əsasında müəyyən edilir.
Qeyd edək ki, səsvermənin gizliliyi prinsipi seçicilərin öz iradələrini sərbəst şəkildə ifadə etməsini təmin edən, səsvermə prosesinə və ya nəticələrə kənar nəzarəti və təzyiqləri istisna edən fundamental demokratik hüquq normasıdır. Bu prinsip vətəndaşların təzyiqlərdən qorxmadan, öz siyasi və ya sosial mövqelərini açıqlamadan namizədləri və ya qərarları seçməsinə imkan verir. Bu prinsipin təminatının əsas mexanizmlərindən biri isə seçicinin xüsusi kabinə və ya otaqlarla təmin edilməsidir. Yəni, seçici bülleteni kənar şəxslərin gözündən uzaq, xüsusi ayrılmış gizli kabinədə və ya otaqda doldurmalıdır.
Müəllif: Tural
-
Maraq dünyası14:50Özünü Trampın qızı adlandıran türk ABŞ prezidentinə dolma hazırlayacaq
-
Nəqliyyat14:40Bakı–Naxçıvan reysləri ləğv edildi
-
MDB13:38Onun ölümü Putini sarsıtdı: "Rusiyaya sadiq insan idi!"
-
MDB13:26Benzindən sonra elektrik enerjisi böhranı yarandı - Krımda nə baş verir?
-
Ekologiya12:46Bakıda güclü yağışlar nə vaxt kəsiləcək?
-
Magazin212:06Ermənistanın məşhur xalq artisti xərçəngin qurbanı oldu
-
Hadisə11:47Azərbaycanın tanınmış pedaqoqu vəfat etdi - FOTO
-
Ekologiya10:50Şimşək çaxır, leysan yağır - FAKTİKİ HAVA








.jpg)

















.jpg)









