Region
Məntəqə sədrləri və katib həbs olundu
Ermənistanda parlament seçkilərinin başladığı ilk saatlarda iki seçki məntəqəsinin sədri və bir katibin işə gəlmədiyi məlum olub və onların gecə saatlarında həbs edildiyi üzə çıxıb.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Vahaqn Hovakimyan brifinqdə məlumat verib.
MSK sədrinin sözlərinə görə, səsvermə başlayan zaman bəzi məntəqə rəhbərlərinin gəlməməsi birbaşa cinayət-hüquqi proseslə bağlı olub: "Bizə daxil olan rəsmi bildirişə görə, iki məntəqə sədri və bir katib gecə saatlarında hüquq-mühafizə orqanları tərəfindən həbs olunublar".
V.Hovakimyan həbslərin səbəbini açıqlamasa da, rəhbər heyətin yoxluğuna baxmayaraq səsvermə prosesinin dayandırılmadığını, dərhal yeni təyinatların aparıldığını və seçkilərin normal qaydada davam etdiyini vurğulayıb.
Qeyd edək ki, Ermənistan parlamenti proporsional təmsilçilik, yəni, yalnız partiya siyahıları ilə seçilir. Ermənistan parlamentinin 9-cu çağırışında yerlər uğrunda 18 siyasi qüvvə mübarizə aparır: 16 partiya və 2 blok. Partiyaların parlamentə keçmək üçün həddi 4 faiz, bloklar üçün isə 8 faiz olaraq müəyyən edilib. Yekun seçki nəticələri hesablanarkən etibarsız və qəsdən korlanmış bülletenlər sadəcə olaraq buraxılır və nəzərə alınmır. Partiyaların aldığı faizlər yalnız etibarlı bülletenlərin ümumi sayı əsasında müəyyən edilir.
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi





































