Region
Paşinyan Bakıya gəlmək istəyir: "Ümid edirəm ki..."
Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkilərindən sonra beynəlxalq səfərlərindən danışarkən, gələcəkdə Azərbaycana səfər edə biləcəyini bildirib.
Publika.az xəbər verir ki, səsvermədən sonra media nümayəndələrinin suallarını cavablandıran hökumət başçısı qələbə qazanacağı təqdirdə Moskva, Vaşinqton, Brüssel, Paris və Tbilisiyə səfərlər edəcəyini deyib.
"Moskva, Vaşinqton, Brüssel, Paris və Tbilisiyə səfərlərimi davam etdirəcəyəm. Eyni zamanda, ümid edirəm ki, 2028-ci ildə Bakıda keçirilməsi planlaşdırılan "Avropa Siyasi Birliyi"nin sammitində iştirak etmək imkanım da olacaq" - Paşinyan qeyd edib.
Baş nazir, həmçinin regional layihələrin əhəmiyyətini vurğulayaraq hazırda Azərbaycanla sülh prosesinin mövcud olduğunu və açılacaq nəqliyyat marşrutlarının hər iki ölkəyə böyük iqtisadi üstünlüklər qazandıracağını bildirib.
Qeyd edək ki, "Avropa Siyasi Birliyi"nin Zirvə toplantısı 2028-ci ildə Azərbaycanda keçiriləcək.
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi





































