Region
Çarukyan: "Xalq cana yığılıb!"
Xəbər verdiyimiz kimi Ermənistanda Parlament seçkiləri keçirilir.
Publika.az xəbər verir ki, "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Çarukyan parlament seçkilərində səs verdikdən sonra jurnalistlərə açıqlama verib. Vətəndaşlıq borcunu yerinə yetirdiyinid eyən partiya lideri ölkədəki arzuolunmaz siyasi durumdan gileylənib. Jurnalistlər ondan kollektiv müxalifətin hakim qüvvələri seçkidə məğlub etmək şansının olub-olmadığını soruşublar. Siyasətçi deyib ki, "bu, mütləqdir!".
Ofis və evlərdə aparılan axtarışlar və həbslər barədə danışan siyasətçi deyib: "İnsanları tamamilə əsassız yerə, heç bir səbəb olmadan aparıblar. Lakin bu, problemin həlli yolu deyil. Xalq artıq cana yığılıb, siyasi dəyişiklik istəyir".
Qeyd edək ki, Ermənistan parlamenti proporsional təmsilçilik, yəni, yalnız partiya siyahıları ilə seçilir. Ermənistan parlamentinin 9-cu çağırışında yerlər uğrunda 18 siyasi qüvvə mübarizə aparır: 16 partiya və 2 blok. Partiyaların parlamentə keçmək üçün həddi 4 faiz, bloklar üçün isə 8 faiz olaraq müəyyən edilib. Yekun seçki nəticələri hesablanarkən etibarsız və qəsdən korlanmış bülletenlər sadəcə olaraq buraxılır və nəzərə alınmır. Partiyaların aldığı faizlər yalnız etibarlı bülletenlərin ümumi sayı əsasında müəyyən edilir.
Müəllif: Tural
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi





































