Region
Revanşist Baqrat da fəallaşdı - Arxiyepiskopdan xalqa çağırış
Xəbər verdiyimiz kimi Ermənistanda parlament seçkiləri keçirilir.
Publika.az xəbər verir ki, ev dustaqlığına məhkum edilmiş və müxalifətin Baş nazir Nikol Paşinyana əsas siyasi rəqib kimi təqdim etdiyi arxiyepiskop Baqrat Qalstanyan seçki ilə bağlı açıqlama verib. Revanşist fəaliyyəti ilə seçilən Baqrat erməniləri parlament seçkilərində səs verməyə çağırıb.
"Biz hazırda dönüş nöqtəsi ilə üz-üzəyik. Hər kəsi səs verməyə və məsuliyyəti öz üzərinə götürməyə çağırıram", - deyə o bildirib.
Xatırladaq ki, daha çox Qarabağın yenidən işğalını təbliğ edən Baqrat ötən ilin iyun ayında İrəvanda həbs edilib. O, bu yaxınlarda ev dustaqlığına məhkum edilib.
Ermənistan parlamenti proporsional təmsilçilik, yəni, yalnız partiya siyahıları ilə seçilir. Ermənistan parlamentinin 9-cu çağırışında yerlər uğrunda 18 siyasi qüvvə mübarizə aparır: 16 partiya və 2 blok. Partiyaların parlamentə keçmək üçün həddi 4 faiz, bloklar üçün isə 8 faiz olaraq müəyyən edilib. Yekun seçki nəticələri hesablanarkən etibarsız və qəsdən korlanmış bülletenlər sadəcə olaraq buraxılır və nəzərə alınmır. Partiyaların aldığı faizlər yalnız etibarlı bülletenlərin ümumi sayı əsasında müəyyən edilir.
Müəllif: Tural
-
Qarabağ 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin119:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı


















.jpg)














.jpg)

