Region
Bütün səslər hesablandı: Ermənistan seçkilərinin nəticəsi bəlli oldu
Ermənistan Mərkəzi Seçki Komissiyası bütün 2005 seçki məntəqəsində səsvermənin nəticələrini hesablayıb.
Publika.az xəbər verir ki, hakim "Mülki Müqavilə" Partiyası (Nikol Paşinyanın partiyası) səslərin 49,81 faizini (727 min 160 səs) toplayaraq birinci olub.
"Güclü Ermənistan" bloku (Rusiyalı oliqarx Samvel Karapetyanın partiyası) 23,29 faiz (340 min 62 səs), "Ermənistan" bloku (Robert Köçəryanın bloku) isə 9,94 faiz (145 min 97 səs) səs qazanıb.
Seçkilərdə iştirak edən "Çiçəklənən Ermənistan" (Qagik Çarukyanın partiyası) isə 4 faiz (58 min 368 səs) toplayıb.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səsvermədə ümumilikdə 1 milyon 476 min 916 seçici iştirak edib.
xxx
Ermənistanda keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.
Publika.az xəbər verir ki, iyunun 8-i saat 08:00-a olan məlumata görə, Ermənistan Mərkəzi Seçki Komissiyası 2005 seçki məntəqəsindən 1878-nin nəticələrini emal edib.
İlkin nəticələrə əsasən, əsas siyasi qüvvələr aşağıdakı qədər səs toplayıb:
"Vətəndaş Müqaviləsi" Partiyası – 50,25 faiz (669 min 996 səs);
"Güclü Ermənistan" bloku – 23,31 faiz (310 min 752 səs);
"Ermənistan" bloku – 9,78 faiz (130 min 364 səs);
"Çiçəklənən Ermənistan" Partiyası – 4,02 faiz (53 min 535 səs).
Digər partiyalar isə hələlik parlamentə düşmək üçün tələb olunan 4 faizlik seçki baryerini aşa bilməyiblər.
Qeyd edək ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Səsvermədə 16 siyasi partiya və 2 seçki bloku iştirak edib. İlkin nəticələrə görə, hakim "Vətəndaş Müqaviləsi" Partiyası rəqiblərini xeyli qabaqlayır.
Adəm

-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi



























.jpg)








