Region
Ermənistanın büdcəsi 2,9 trilyon drama çatdı - Paşinyan “ikiqat artım”dan danışdı
Ermənistanın 2025-ci il üzrə dövlət büdcəsinin gəlirləri 2 trilyon 886 milyard 500 milyon dram (təxminən 13,3 milyard manat) təşkil edib.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin Dövlət-hüquq məsələləri daimi komissiyasında 2025-ci ilin dövlət büdcəsinin icrası üzrə illik hesabatın müzakirəsi zamanı baş nazir Nikol Paşinyan məlumat verib.
Paşinyanın sözlərinə görə, bu göstərici 2024-cü illə müqayisədə 307 milyard dram (1,4 milyard manat) və ya 11% artım deməkdir. O, həmçinin 2017-ci illə müqayisəyə diqqət çəkərək bildirib ki, büdcə gəlirləri həmin dövrlə müqayisədə 2,3 dəfə, yəni 1 trilyon 648,8 milyard dram (7,6 milyard manat) artıb.
Baş nazir vurğulayıb ki, 2017-ci illə müqayisədə dövlət büdcəsinin gəlir hissəsi təxminən 135% yüksəlib və bu, ciddi göstəricidir.
Ermənistan hökumət başçısı artımı ölkədə vergi intizamının güclənməsi və iqtisadi aktivliyin artması ilə izah edib. O, vətəndaşlara və bizneslərə müraciət edərək qeyd edib ki, büdcə “ümumi ailənin büdcəsidir” və hər kəsin vergilərə məsuliyyətli yanaşması vacibdir.
Adəm
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi



























.jpg)








