Region
Paşinyan necə qalib gəldi? - Seçkinin diqqətçəkən detalı üzə çıxdı
Ermənistanda parlament seçkilərində müxalif qüvvələrin səylərinə baxmayaraq, seçki baryerini keçə bilməyən partiyalar faktiki olaraq baş nazir Nikol Paşinyanın və onun rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının qələbəsinə şərait yaradıb.
Publika.az xəbər verir ki, bunu rusiyalı jurnalistlərə açıqlamasında erməni politoloq Karen İqityan deyib.
Onun sözlərinə görə, Ermənistan qanunvericiliyinə əsasən partiyalar üçün seçki baryeri 4 faiz təşkil edir. Bu həddi 15 siyasi partiya keçə bilməyib və onların topladığı səslər parlamentə düşən qüvvələr arasında proporsional şəkildə bölüşdürüləcək.
“Parlamentə düşə bilməyən 15 siyasi qüvvə seçici səslərinin parçalanmasına səbəb oldu. Nəticədə həmin səslər faktiki olaraq Nikol Paşinyanın qələbəsinə kömək etdi”, - deyə politoloq bildirib.
Karen İqityan əlavə edib ki, əvvəlki seçkilərdən fərqli olaraq bu dəfə əsas müxalif qüvvələr bir-biri ilə mübarizə aparmaq əvəzinə fərqli seçici qrupları ilə işləməyə çalışıblar. Onun fikrincə, müxalifət birlikdə səslərin yarıdan çoxunu toplaya bilsəydi, parlamentdə yeni koalisiyanın formalaşması mümkün olardı.
Qeyd edək ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının yekun nəticələrinə əsasən, Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası 49,81 faiz səslə seçkilərin qalibi olub.
İkinci yeri rusiyalı oliqarx Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” partiyası 23,29 faiz səslə tutub. Keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku isə 9,94 faiz səslə üçüncü olub.
Adəm
-
Magazin120:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin119:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı
-
Səhiyyə14:3720 min könüllüyə “Ervebo” peyvəndi vurulur














.jpg)


















.jpg)


