Region
Ermənistan müxalifəti nə etməlidir? - MSK sədrindən tövsiyə
Ermənistanda parlament seçkilərinin nəticələri ilə bağlı yeni mübahisələr yarana bilər.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Vaaqn Ovakimyan açıqlama verib.
Onun sözlərinə görə, seçkilərin yekun nəticələri iyunun 19-da rəsmən təsdiqlənəcək. Bundan sonra siyasi qüvvələr nəticələrdən narazı qaldıqları halda onları Konstitusiya Məhkəməsində mübahisələndirə bilərlər.
MSK sədri bildirib ki, müxalifət partiyalarının deputat mandatlarından imtina etməsi parlamentin formalaşmasına mane olmayacaq.
Xatırladaq ki, iyunun 8-də Ermənistan Mərkəzi Seçki Komissiyası bülletenlərin 100 faizinin hesablandığını açıqlayıb. Nəticələrə əsasən, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Mülkü Müqavilə" Partiyası səslərin 49,81 faizini toplayıb. "Güclü Ermənistan" Partiyası 23,29 faiz, "Ermənistan" alyansı isə 9,94 faiz səs qazanıb.
Qeyd edək ki, səslərin yalnız ilk hissəsi hesablanarkən və ilkin göstəricilərə görə Paşinyanın partiyası 50 faizdən çox səs topladığı görünərkən, baş nazir artıq qələbəsini elan etmişdi. Müxalifət nümayəndələri isə bunu seçki prosesinə təzyiq cəhdi kimi qiymətləndirmişdilər.
Adəm
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi



























.jpg)








