Region
ABŞ İrana hücumları başa çatdırdı
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı həyata keçirilən hava zərbələrinin başa çatdığını elan edib.
Publika.az xəbər verir ki, bu barədə komandanlığın "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
Bəyanatda bildirilir ki, CENTCOM bölmələri iyunun 9-da Amerika "Apache" helikopterinin məhv edilməsinə cavab olaraq İrana qarşı "özünümüdafiə məqsədli" zərbələri yekunlaşdırıb. Əməliyyat zamanı Hörmüz boğazı yaxınlığındakı İranın hava hücumundan müdafiə obyektləri, yerüstü idarəetmə məntəqələri və radar stansiyaları hədəfə alınaraq vurulub.
CENTCOM vurğulayıb ki, keçirilən əməliyyat Amerika qüvvələrinə və beynəlxalq ticarət gəmilərinə qarşı son vaxtlar baş verən hücumlara mütənasib cavab tədbiri olub. ABŞ hərbçiləri regionda sayıqlığı qoruyur və İranın "əsassız təcavüzündən" müdafiə olunmağa hazır olduqlarını bildirirlər.
İyunun 10-da isə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın hücumlarına cavab olaraq Bəhreyn ərazisindəki ABŞ 5-ci Donanmasının qüvvələrinə zərbələr endirdiyini bəyan edib.
Hüseyn İbadlı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi


























.jpg)









