Region
Ermənistanın yeni Konstitusiya layihəsinin dərci yubanır - Qalyan səbəbini açıqladı
Ermənistan Konstitusiyasının layihəsinin dərc olunması ilə bağlı qərar yaxın bir neçə həftə ərzində veriləcək.
Publika.az xəbər verir ki, bunu Ermənistanın Ədliyyə naziri Srbuhi Qalyan parlamentdə jurnalistlərə bildirib.
Onun sözlərinə görə, sənədin dərc olunması məsələsi bir gün əvvəl hakim “Mülki Müqavilə” Partiyası tərəfindən müzakirə olunub.
"Düşünürəm ki, bu, tezliklə... nəzərdən keçirildikdən sonra olacaq. Niyə bunu deyirəm? Çünki bəzi həmkarlarımızın fikirlərini gözləyirik. Onları nəzərdən keçirmək üçün daha bir və ya iki həftə vaxtımız olacaq. Bundan sonra daha bir və ya iki müzakirə aparacağıq və mətni dərc etməyə hazır olub-olmadığımıza qərar verəcəyik", - Qalyan deyib.
Nazir qeyd edib ki, layihə hələ ictimaiyyətə açıqlanmayıb, çünki prosesin bütün iştirakçıları onun məzmunu ilə tam tanış olmağa vaxt tapmayıblar.
Xatırladaq ki, Qalyan 2026-cı ilin mart ayında yeni Konstitusiya üzərində işlərin başa çatdığını bildirmişdi. O, həmçinin Konstitusiyanın ayın sonuna qədər dərc olunacağını da iddia etmişdi.
Müəllif: Tural
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi


























.jpg)









