Region
Ermənistanda seçki qalmaqalı: Bülletenlər yoxa çıxdı, nəticələrin ləğvi tələb edildi
Ermənistanda keçirilən parlament seçkilərindən sonra qalmaqal yaşanıb.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Vaahn Ovakimyan jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, "Güclü Ermənistan" bloku seçkilərin nəticələri ilə bağlı MSK-ya müraciət edərək bir seçki məntəqəsində səsvermənin nəticələrinin etibarsız sayılmasını tələb edib.
Müraciətdə Artaşat şəhərində yerləşən 12/13 saylı seçki məntəqəsində qeydə alınan pozuntunun araşdırılması istənilib. Qeyd olunub ki, səsvermə günü saat 18:00 radələrində məntəqədə iştirak edən siyasi qüvvələrdən birinin bülletenlərinin olmadığı aşkarlanıb.
Söhbət 8 nömrəli bülletenlə təmsil olunan "Milli-Demokratik Qütb" partiyasından gedir. Ovakimyanın sözlərinə görə, bülletenlərin olmaması faktı seçicilərdən birinin diqqət yetirməsindən sonra üzə çıxıb.
Qeyd edək ki, Ermənistan Milli Məclisinə keçirilən seçkilərdə seçicilərə 18 müxtəlif bülleten təqdim olunub. Vətəndaşlar yalnız seçdikləri siyasi qüvvənin bülletenini zərfə qoyaraq seçki qutusuna atıblar.
Adəm
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi


























.jpg)









