Region
Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək
Türkiyənin “Yeni Şafak” qəzetinin hesablamalarına görə, Ermənistan və Türkiyə arasında quru sərhədinin açılması ikitərəfli ticarəti 1 milyard dollara çatdıra bilər.
Publika.az xəbər verir ki, nəşrin məlumatına görə, ilk mərhələdə Əlican sərhəd keçid məntəqəsinin açılması planlaşdırılır. Bunun bu yay baş tutması gözlənilir. Eyni zamanda, Qars əyalətindəki Akyaka sərhəd keçid məntəqəsinin açılması üçün hazırlıqlar görülür.
Qəzetin qeyd etdiyi kimi, hər iki sərhəd keçid məntəqəsinin açılması iki ölkə arasında nəqliyyat, logistika və ticarət əlaqələrinin yenidən qurulmasına imkan verəcək. Xüsusilə, yük daşımalarının əhəmiyyətli bir hissəsi Gürcüstan ərazisindən keçmədən birbaşa daşına biləcək.
Qəzetin məlumatına görə, Ermənistan-Türkiyə ticarətinin hazırda həcmi 300-350 milyon dollar təşkil edir. Ticarət dövriyyəsinin əsas hissəsini tekstil və kimya məhsulları, qida məhsulları və emal olunmamış qiymətli metallar təşkil edir.
Müəllif: Tural
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi


























.jpg)









