Region
Ermənistanın məşhur gölü acınacaqlı durumda - VİDEO
Ermənistanda ekosid cinayətləri ilə bağlı faktlar artmaqdadır.
Publika.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. "Mamul" nəşri yazıb ki, bu dəfə ekoloji problem ölkənin məşhur göllərindən birində aşkarlanıb. Belə ki, sosial şəbəkələrin erməni seqmentində gölün zibillənməsi və kimyəvi maddələrin balıqları məhv etməsinə dair yayılmış video geniş müzakirələrə səbəb olub.
Yerli sakinlərdən birinin çəkdiyi videoda vətəndaş həyəcan təbili çalaraq deyib: "Son zamanlar Şirak bölgəsinin Lusaqbyur kəndindəki "Smaverdi" gölündə balıq populyasiyalarının kəskin azalması qeydə alınırdı. Hazırda isə gölün xoşagəlməz qoxusu var və bura antisanitar vəziyyətdədir. Hakimiyyət orqanları bunun səbəbinin sudakı oksigen çatışmazlığı ilə əlaqələndirirlər".
Saytlar isə yazırlar ki, hələlik ölkədə qızmar yay müşahidə olunmur və göllərdə quruma və ya oksigen problemi yaşanmamalıdır. Əslində isə bu, sakinlərin gölü zibilləməsinin nəticəsidir. Kadrlardan da göründüyü kimi, gölün ətrafında və suda xeyli zibil var.
Müəllif: Tural
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi




















.jpg)







.jpg)








