Region
ABŞ və İran arasındakı mürəkkəb ünsiyyət sxemi üzə çıxdı - Xamenei necə qorunur?
Tehran və Vaşinqton arasında mesaj mübadiləsi İranın ali lideri Müctəba Xameneinin olduğu yeri gizli saxlamaq üçün kuryerlər vasitəsilə mürəkkəb bir sxemlə həyata keçirilir.
Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, ABŞ-ın təklifləri dolayı diplomatik yollarla ötürülür. Mənbələr Vaşinqton və Tehran arasındakı müzakirələri "əsl danışıqlardan daha çox, ağır bir proses" kimi xarakterizə ediblər. İrandakı internet problemləri də vəziyyəti çətinləşdirir və bu səbəbdən tərəflərin mesajları bir-birinə bir necə gün sonra çatır.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp İranla müharibəyə son qoymaq barədə razılığa gəldiklərini bəyan etsə də, sənədlərin hələlik imzalanmadığını bildirib.
Öz növbəsində, İran XİN-in rəsmi nümayəndəsi İsmail Baqai Trampın sülh sazişinin imzalanması ilə bağlı açıqlamalarını "fərziyyə" adlandırıb.
Hüseyn İbadlı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi




















.jpg)







.jpg)








