Region
Ermənistanda kürdlərin yaşadığı 11 kənd işıqsız qaldı
Ermənistanın Aparan bölgəsindəki on bir kənd işıqsız qalıb.
Publika.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Ermənistan Elektrik Şəbəkələrinin məlumatına görə, ildırım yerli yarımstansiyaya ziyan vurub və kəndlər bu səbəbdən elektrik enerjisiz qalıb.
"Dünən saat 18:16-da Alagyoz yarımstansiyasına (gücü: 35/10 kV) ziyan dəyib. Nəticədə Rya Taza, Mirak, Melik, Miçnatun, Sipan, Avşen, Alagyoz, Qeqarot, Tsilkar, Lernapa və Camşlu kəndlərində (bu kəndlərin əksəriyyətində yezidi kürdləri yaşayır - red.) elektrik kəsilib.
Bu səhər saat 06:00-da isə zədələnmiş transformatorun dəyişdirilməsi üçün işlərə başlanılıb. İşin yaxın bir neçə saat ərzində başa çatdırılması planlaşdırılır", - məlumatda qeyd edilib.
Xatırladaq ki, 11 iyunda Çarensavan şəhəri yaxınlığında Yerevan-Sevan magistral yolunda ildırım düşməsi körpünün uçmasına səbəb olmuşdu.
Müəllif: Tural
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi




















.jpg)







.jpg)








