Region
Rusiya raketləri İran arsenalında - Ehtiyac yaranarsa...
İran öz raket arsenalını Rusiya istehsalı olan silahlarla doldurmuş ola bilər.
Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi kəşfiyyat məlumatlarına istinadla məlumat yayıb.
Bildirilib ki, ABŞ ilə atəşkəs dövründə İran silahlarının böyük bir hissəsini bərpa edib. Qeyd olunur ki, hazırda İran münaqişələrin əvvəlində malik olduğu raket arsenalının təxminən dörddə üç hissəsinə sahibdir. Agentliyin həmsöhbətləri hesab edirlər ki, Tehran ehtiyac yaranarsa, silah ehtiyatlarını sürətlə artırmaq imkanını qoruyub saxlayır. Eyni zamanda, onlar Rusiyanın son bir ildə istehsal etdiyi yeni raketləri İrana ötürmüş ola biləcəyini ehtimal edirlər.
Mayın sonunda CNN teleşirkəti peyk görüntülərini təhlil edərək bildirmişdi ki, İran ABŞ-ın bombardmanlarından sonra girişləri bağlanmış 18 iri yeraltı raket anbarına çıxışı bərpa edə bilib və bu bazalardakı 69 tuneldən 50-sini təmizləyib. Telekanalın müsahibə aldığı ekspertlərin fikrincə, yeraltı anbarlardan sursatların sürətlə çıxarılması sayəsində ölkə İsrailə və Yaxın Şərqin digər dövlətlərinə daha çox uzaqmənzilli raket buratmaq gücünə malikdir.
Hüseyn İbadlı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi




















.jpg)







.jpg)








