Region
Hərbçi qayınatasının evində dörd nəfəri güllələyərək öldürdü
Türkiyənin Hakkari vilayətinin Şemdinli rayonunun Beşevler məhəlləsində dəhşətli ailə faciəsi baş verib.
Publika.az xəbər verir ki, bu barədə İHA agentliyi məlumat yayıb.
Məlumata görə, hərbçi (uzman çavuş) olan M.G. qayınatasının evinə silahlı basqın edib. O, hələlik məlum olmayan səbəbdən evdə olan qayınanası H.D.-ni, qaynı G.D.-ni, baldızı D.D.-ni və həyat yoldaşı G.G.-ni odlu silahla qətlə yetirib.
Hadisədən sonra M.G. özünə qəsd etməyə cəhd göstərib. Ağır yaralanan şəxs xəstəxanaya çatdırılıb.
Məlumata görə, M.G. Aktütün kəndində qeydiyyatdadır. Hadisə yerinə çoxsaylı polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə geniş təhlükəsizlik tədbirləri həyata keçiriblər. Faktla bağlı hərtərəfli araşdırmalara və istintaq hərəkətlərinə başlanılıb.
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO




















.jpg)







.jpg)








