Region
Rusiyada narazılıq yaradan erməni belə saxlanıldı: Gümrüdə abidəni dağıtmışdı - VİDEO
Gümrüdəki Böyük Vətən Müharibəsi qəhrəmanlarına həsr olunmuş "Ana Ermənistan" abidə kompleksinə zərər vurmuş 41 yaşlı kişi saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan polisi məlumat yayıb. Məlumata görə, şübhəlinin əməli hələlik tam sübut olunmayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə iyunun 9-da baş verib. Polisə iyunun 11-də abidənin dekorativ elementlərinə zərər vurulması barədə məlumatlar daxil olub və bundan sonra Ermənistan Cinayət Məcəlləsinin 301-ci maddəsi (Dövlət tərəfindən qorunan tarixi və ya mədəni abidəyə zərər vurma və ya məhv etmə) ilə cinayət işi açılıb.
Xatırladaq ki, bir neçə gün öncə naməlum şəxslər Gümrüdəki məşhur abidədə Böyük Vətən Müharibəsində qəhrəman şəhər adı almış şəhərlərin qızılı hərflərlə yazılmış adlarını qoparılmışdılar. Məsələ siyasiləşərək Rusiyada narazılığa səbəb olmuşdu. Hətta Rusiyanın Ermənistandakı səfirliyi bu vandallığa görə bəyanat da yaydı.
Müəllif: Tural
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO




















.jpg)







.jpg)








