Region
ABŞ-İran razılaşması ilə bağlı YENİ DETALLAR - Tehran gecə yarısının keçməsini gözləyib
İran ABŞ Prezidenti Donald Trampın ad günündə Vaşinqtonla saziş bağlamaq istəməyib.
Publika.az xəbər verir ki, bu barədə sazişin qeyri-adi təfərrüatı ilə bağlı "The New York Times" (NYT) qəzeti iki İran rəsmisinə istinadla məlumat yayıb.
İddia olunur ki, Tehran sülh sazişini razılaşdırmaq üçün xüsusi olaraq gecə yarısının keçməsini gözləyib. Ölkələr arasındakı 7,5 saatlıq vaxt fərqi ABŞ və İrana sülh sazişinin nə vaxt bağlanacağı ilə bağlı fərqli açıqlamalar verməyə imkan verib.
Daha əvvəl Donald Tramp İranla sülh sazişinə nail olunduğunu bəyan edib. O, "İran İslam Respublikası ilə saziş tamamlandı. Hamını təbrik edirəm! Bununla da mən Hörmüz boğazının açılmasına tam icazə verirəm", - deyə bildirib.
Bundan sonra dörd Avropa ölkəsi İrana qarşı tətbiq edilən sanksiyaları ləğv etməyə hazır olduqlarını açıqlayıb. Bu barədə İtaliya, Fransa, Almaniya və Böyük Britaniyanın birgə bəyanatında qeyd olunub.
Hüseyn İbadlı
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO




















.jpg)







.jpg)








