Region
Xamenei xalqa səsləndi - “Ona mən icazə vermişəm”
İranın Ali lideri Müctəba Xamenei ABŞ ilə memorandumun imzalanmasına razılıq verdiyini təsdiqləyib.
Publika.az Xameneinin mətbuat xidmətinin yaydığı və ABŞ ilə imzalanan memoranduma həsr olunmuş müraciətə istinadla xəbər verir ki, bu qərar ölkə rəhbərliyinin məsuliyyəti çərçivəsində qəbul edilib.
Müraciətdə qeyd olunub ki, fərqli fikirdə olmasına baxmayaraq, İranın Ali Milli Təhlükəsizlik Şurasının sədri kimi hörmətli Prezident Məsud Pezeşkian və digər şəxslər öhdəlik götürüblər və İranın, eləcə də müqavimət cəbhəsinin hüquqlarını qoruyacaqlarına dair ona söz veriblər, buna görə də memorandumun imzalanmasına icazə verilib.
Xamenei əlavə edib ki, ABŞ tərəfi həddindən artıq tələblər irəli sürəcəyi təqdirdə, Pezeşkian onlarla razılaşmayacaq.
ABŞ və İran 60 günlük atəşkəsi, Hörmüz boğazından gəmiçiliyin bərpasını, Vaşinqtonun İran limanlarına tətbiq etdiyi dəniz blokadasının ləğvini və yeni danışıqlar raundunun başlamasını nəzərdə tutan müvəqqəti qarşılıqlı anlaşma memorandumu imzalayıblar.
Sənəd iyunun 17-də imzalanıb. “Axios” nəşri qeyd edib ki, memorandum məsafədən tərtib edilib və elektron imzalanmadan sonra qüvvəyə minib.
Hüseyn İbadlı
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO



















.jpg)







.jpg)








