Region
Paşinyanın partiyasından müxalifətə: Xalq müharibə istəmir, bunu bacarmayacaqsınız
Ermənistanın müxalifət qüvvələrinin küçə mübarizələri başlatmaq üçün siyasi potensialı yoxdur.
Publika.az xəbər verir ki, bunu 19 iyun tarixində Milli Məclisdə keçirilən ənənəvi brifinqlərdə hakim “Mülkü Müqavilə” Partiyasının parlament fraksiyasının katibi Artur Ovannisyan “Güclü Ermənistan” Partiyasının lideri Samvel Karapetyanın müxalifət qüvvələrini birləşdirmək və küçə mübarizələri başlatmaq barədə açıqlamalarını şərh edərkən bildirib.
Hakim partiyanın parlament fraksiyasının katibinin sözlərinə görə, müxalifət qüvvələrinin gündəliyi Ermənistan vətəndaşlarını küçə mübarizəsi ətrafında birləşdirmək iqtidarında deyil.
"İnsanlar nəyin tərəfdarı olmalıdırlar? Ermənistan vətəndaşları Ermənistan Respublikasını müharibəyə sürükləyən gündəliyi müdafiə etməlidirlərmi? Düşünmürəm ki, onların hər hansı bir potensialı var. Burada mahiyyəti müzakirə etməyin belə mənası yoxdur", - deyə hakim partiyanın nümayəndəsi qeyd edib.
“Kiminlə məşğul olduğumuz bəllidir. “Üçbaşlı müharibə partiyası” darmadağın edilib və yenidən darmadağın ediləcək”, - deyə Artur Ovannisyan əlavə edib.
Müəllif: Tural
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO



















.jpg)







.jpg)








