Region
Ərdoğan Dan ilə regional məsələləri müzakirə etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rumıniya Prezidenti Nikuşor Danı qəbul edib.
Publiça.az xəbər verir ki, bu barədə məlumat Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin "X" sosial şəbəkə hesabında paylaşılıb.
Görüş zamanı Türkiyə-Rumıniya ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.
Ərdoğan Türkiyənin iki ölkə arasında ticarət, müdafiə, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini bildirib və əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində addımların davam etdiriləcəyini vurğulayıb.
Türkiyə lideri həmçinin Qara dənizlə bağlı məsələlərdə Türkiyə və Rumıniya arasında sıx əməkdaşlığın əhəmiyyətini qeyd edib. Ərdoğan Türkiyənin sahilyanı ölkələrlə koordinasiyalı şəkildə Qara dənizdə təhlükəsizliyin təmin olunması və qorunması istiqamətində ciddi fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Görüşdə beynəlxalq təhlükəsizlik məsələlərinə də toxunulub. Ərdoğan bildirib ki, Türkiyə İranda sülhün bərqərar olunması istiqamətində müşahidə edilən müsbət inkişafların Ukrayna-Rusiya müharibəsinin başa çatdırılması prosesində də əldə olunması üçün intensiv səylər göstərir.
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO



















.jpg)







.jpg)








