Region
Ermənilər indi də Ordubada göz dikdilər: "Qədim şəhərimizdir, əsl adı "Vortuat"dır" - FOTO
Ermənistanın revanşist ekspertlərindən olan, iranşünas Vardan Voskanyan növbəti dəfə sərsəm iddialar səsləndirib.
Publika.az xəbər verir ki, o, iyunun 18-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış” III konqres-festivalından hiddətləndiyini gizlətməyib. O, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, deputat Əziz Ələkbərlinin konqresdəki haqlı çağırışını isə radikal şəkildə cavablayıb. Voskanyan deputatın 300 min azərbaycanlı qaçqının və onların övladlarının geriyə qayıdış hüququnun tanınması və təmin edilməsi ilə bağlı fikrini tənqid edib və Naxçıvan haqda anormal, uydurma "tarixdən" danışıb.
"Xüsusən də adı təhrif olunaraq Ordubad adlandırılan işğal olunmuş qədim Ermənistan şəhəri sayılan Vortvatda belə insanların yaşamasına icazə vermək "qədim" erməni sivilizasiyasının varisləri olan bizlər üçün böyük bir ayıbdır. Təqdim etdiyim fotoda 20-ci əsrin əvvəllərində çıxmış "Mşak" qəzetinin bir səhifəsi əks olunub. Orada göstərilir ki, hətta o zaman da "Vortvat" sözü erməni dilində yazılırmış. Klassik yazılış forması isə "Vortuat" olub",- deyə radikal ekspert ermənilərin indi də Ordubada iddialı olduqlarını gizlətməyib.
Qeyd edək ki, Voskanyan tez-tez revanşist açıqlamaları ilə diqqət çəkir. Onun təqdim etdiyi qondarma qəzet səhifəsi isə daha çox hansısa ofisdə çap olunmuş adi kağız parçasına bənzəyir...
Müəllif: Tural
-
Yaxın Şərq13:01Bəşər Əsədə ölüm hökmü verildi
-
Dünya11:44Türkiyədən PKK ilə bağlı şok qərar - Minlərlə üzvə amnistiya yolu açıldı
-
Yaxın Şərq10:44İsrail bu ərazidə yeni yəhudi yaşayış məntəqəsi salır: 650 ev tikiləcək
-
ABŞ09:55Trampı belə qoruyurlar: Qolf oynayarkən ətrafına görün nə yerləşdirildi
-
ABŞ09:00Hamı Trampın həmin təyyarədə olduğunu zənn edirdi, sən demə... - İrana qarşı "yem" əməliyyatı
-
Elm və təhsil08:37Tələbələrin dərs saatı dəyişir? - Bakıda yeni hazırlıq
-
Hadisə07:35Dənizdə boğulma halları niyə artır? - Video
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib






































